Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

BMT İranın nüvə proqramı ilə bağlı yeni danışıqların başlanılmasını alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş İran Nüvə Sazişi üzrə Birgə Komissiyanın bu günə planlaşdırılan toplantıya dəstək nümayiş etdirib.

Azmarka.az xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının bütün üzvlərinin konstruktiv dialoq aparmaq və bu vacib beynəlxalq razılaşmanı qorumaq üçün diplomatiyadan istifadə etməklə göstərdikləri fəal səyləri alqışlayırıq”, - deyə Düjarrik qeyd edib.

Qeyd edək ki, aprelin 2-də İranın Nüvə Proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planına qatılan ölkələr virtual görüş keçirib. AB xarici siyasət xidmətinin məlumatına görə, onlar ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış perspektivinə və nüvə anlaşmasını qorumaq öhdəliklərinə müsbət təsir etməyə hazır olduqlarını bir daha bəyan ediblər. Nüvə sazişi üzrə komissiyanın növbəti iclası 6 aprel tarixində Vyanada keçiriləcək.


Azmarka.az

Digər xəbərlər

  • 5.04.2021
  • 29.03.2021
  • 28.03.2021
  • 16.03.2021
  • 21.02.2021
  • 8.02.2021
  • 31.01.2021
  • 26.01.2021
  • 26.01.2021
  • 25.01.2021
  • 21.01.2021
  • 9.01.2021
  • 8.12.2020
  • 27.11.2020
  • 14.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930