Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Avropa Parlamenti Rusiya ilə bağlı kəskin qətnamə qəbul edib

Avropa Parlamenti Rusiyanın Ukrayna ərazisinə təcavüz edəcəyi təqdirdə, Avropa İttifaqının (Aİ) atacağı addımlara dair qətnamə qəbul edib.

Azmarka.az-ın xəbərinə görə, sənəddə bildirilir ki, Aİ ölkələri belə bir addım atılacağı təqdirdə, Rusiyadan neft və qazın idxalını dayandırmalıdır.

Bundan əlavə, Rusiyanın “SWIFT” vahid ödəniş sistemindən xaric olunması, habelə Rusiya hakimiyyətinə yaxın oliqarxlar və onların ailələrinə məxsus aktivlərin dondurulması və onların ittifaq ərazisinə buraxılmaması tövsiyə edilir.

Qətnamədə Aİ-nin Rusiya energetikasından asılılığını azaltmaq üçün “Şimal axını-2” qaz kəmərinin və “Rosatom”la mübahisəli atom elektrik stansiyalarının tikintisinin dayandırılması istənilir.

Qətnamədə Rusiya qoşunlarını Donbassdan çıxarmağa, Krım və Sevastopolu Ukraynanın nəzarətinə qaytarmağa, Azov dənizi limanlarına beynəlxalq boğazlar vasitəsilə üzmə və tranzitə təminat verməyə, Minsk razılaşmalarının icrasına, “Normandiya prosesi”ndə aktiv iştiraka, bütün bunlarla yanaşı, həm də müxalif siyasi fəal Aleksey Navalnının azad edilməsinə çağırılır.

Sənəddə Çexiyadakı silah anbarının partladılması məsələsi də yer alıb. Qətnamədə göstərilir ki, hadisənin məsuliyyəti bütövlükdə Rusiya xüsusi xidmət orqanlarının üzərindədir. Aİ-yə üzv dövlətlər Rusiya diplomatlarını öz ərazisindən çıxarmağa çağırılır.

Sənədin lehinə 548, əleyhinə 25 avroparlamentari səs verib, 113 nəfər bitərəf qalıb.



Azmarka.az

Digər xəbərlər

  • 22.04.2021
  • 21.04.2021
  • 20.04.2021
  • 17.04.2021
  • 13.04.2021
  • 2.04.2021
  • 2.04.2021
  • 30.03.2021
  • 30.03.2021
  • 18.03.2021
  • 9.03.2021
  • 3.03.2021
  • 26.02.2021
  • 25.12.2020
  • 20.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031