Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Əfqanıstan paytaxtındakı partlayışda ölənlərin sayı 85 nəfərə çatdı

Şənbə günü Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən partlayış zamanı azı 85 nəfər ölüb, 150 nəfər yaralanıb.

Azmarka.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, qızlar məktəbinin qarşısında bir-birinin ardınca üç partlayış baş verib. Ölənlərin əksəriyyətinin şagird olduğu bildirilir.

Hələ ki, partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

“Taliban” hərəkatı baş verənlərlə əlaqəsinin olmadığını bildirib.

Əfqanıstan Prezidenti Əşrəf Qani isə baş verənləri terror aktı adlandırıb və "Taliban"ı günahlandırıb.

Qeyd edək ki, partlayışda 63 nəfərin həlak olduğu açıqlanmışdı.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930