Dünya
21.05.2021
363
Rusiyada daha 8937 nəfər COVID-19-a yoluxub
Rusiyada son sutka ərzində daha 8937 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azmarka.az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 983 845 nəfərə çatıb.
Son sutka ərzində 389 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 117 839 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.
Azmarka.az