Dünya
1.06.2021
168
Əfqanıstanda partlayış: 8 ölü, 14 yaralı
Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən iki partlayış nəticəsində azı 8 nəfər ölüb, 14 nəfər yaralanıb.
Azmarka.az xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, partlayışlar sərnişin avtobuslarında baş verib. Şahidlər ölənlərin sayının 30-a qədər arta biləcəyini qeyd ediblər.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Azmarka.az