Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ərdoğan: ““İstanbul kanalı” İstanbulun gələcəyini təhlükələrdən xilas edən layihədir"

“İstanbul boğazından 100 il əvvəl illik 3-4 minlik gəmi tranziti həyata keçirilirdi, amma hazırda bu say artaraq 45-50 minə çatıb, amma gəmilərin keçid tutumu hazırda 25 mindir, layihə gerçəkləşdikdə isə bu rəqəmin 78 minə çatması nəzərdə tutulub”.

Azmarka.az xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul kanalı” layihəsində inşa olunacaq Sazlıdərə su anbarı üzərində salınacaq körpünün təməlqoyma mərasimində deyib.

Türkiyə Prezidenti bu layihəyə İstanbulun gələcəyini təhlükələrdən xilas etmə layihəsi kimi baxdığını deyib. O bildirib ki, kanalın uzunluğu 45 kilometr, dərinliyi 21 metr, dib eni 275 olmaqla, böyük gəmilərin də keçidi üçün ən əlverişli şərait yaradılmış olacaq.

Türkiyə Prezidenti 6 körpüdən ibarət olan layihənin 6 il ərzində başa çatdırılacağının planlaşdırıldığını deyib və bu layihənin ölkəsinin iqtisadiyyatına güclü dəstək verəcəyini bildirib.

Qeyd edək ki, “İstanbul kanalı” İstanbulun Avropa tərəfini iki hissəyə bölməklə Asiya ilə Avropa arasında ada meydana gətirəcək.



Azmarka.az

Digər xəbərlər

  • 14.06.2021
  • 10.06.2021
  • 7.06.2021
  • 28.05.2021
  • 9.05.2021
  • 14.04.2021
  • 31.03.2021
  • 2.03.2021
  • 20.02.2021
  • 13.02.2021
  • 28.01.2021
  • 16.01.2021
  • 12.01.2021
  • 2.01.2021
  • 13.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031