Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Nigeriyada koronavirusla yanaşı vəba bəlası: 60 nəfər həyatını itirib

Qərbi Afrika ölkəsi olan Nigeriyada koronavirus pandemiyası ilə yanaşı sürətlə yayılan vəba epidemiyası da can almağa davam edir.

Azmarka.az bildirir ki,bu barədə “Haber Global” Katsina Səhiyyə Komissarı Yakubu Danjaya istinadən bildirib.

Danja əyalətdə artıq 1400 nəfərə vəba diaqnozu qoyulduğunu, 60 nəfərə epidemiyadan öldüyünü bildirib. O, bölgələrə təcili dərman və tibbi ləvazimatların göndərildiyini qeyd edərək, sakinləri epidemiyaya qarşı tədbirli olmağa çağırıb.

Ümumilikdə yanvar ayından bu yana ölkədə vəba epidemiyasından 500-dən çox adam dünyasını dəyişib. Nigeriyada təmiz suya olan ehtiyacın ödənilməməsi və vaxtında, effektiv tibbi müdaxilələrin edilməməsi ölüm riskini artırıb. Ölkədə malyariya, poliomielit, tif və meymun çiçəyi (monkeypox) kimi epidemiyalara tez -tez rast gəlinir.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031