Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Türkiyə Misirlə barışır? - Ankaradan RƏSMİ AÇIQLAMA

Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyə-Misir münasibətlərinin normallaşdırılması ilə bağlı Ankarada keçirilmiş ikitərəfli görüş haqqında məlumat yayıb. Azmarka.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi saytında bildirilib.

Məlumatda deyilir ki, Türkiyə-Misir müzakirələrinin ikinci turu XİN başçısının müavini Sedat Önal və misirli həmkarı Hamdi Sanad Lozanın başçılıq etdiyi heyətlər arasında sentyabrın 7-8-də Ankarada təşkil olunub.

Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, Liviya, Suriya, İraq, Fələstin və Aralıq dənizinin şərqi ilə bağlı məsələlər daxil olmaqla bəzi regional mövzuların da müzakirə edildiyi vurğulanıb.

Tərəflər müzakirə edilmiş mövzularda irəliləyişlər və əlaqələrin normallaşdırılmasını təmin etmək üçün əlavə addımlar atılması haqqında arzularını ifadə ediblər. Müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub. /report


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930