Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ŞOK İDDİA: ABŞ Rusiya ilə savaşa hazırlaşır, may ayından...

ABŞ Hərbi Hava Qüvvələri müharibə olacağı təqdirdə təlim çərçivəsində Şemya adasındakı Rusiya sərhədlərinə ən yaxın aerodroma F-16 qırıcıları göndərib Azmarka.az xəbər verir ki, bu barədə dünyaca məşhur "Forbes" jurnalının eksperti Devid Eks bildirib.

Materialda deyilir ki, bu ilin may ayından ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı Alyaskada təlimlər keçir. Əsas vəzifə kiçik aerodromlara mümkün qədər çox eniş-qalxış üçün məşq etməkdir.

"Bu təlim Rusiya ilə genişmiqyaslı müharibənin məşqi idi. Hərbi Hava Qüvvələri müharibə zamanı ruslardan ballistik və qanadlı raketlərlə əsas bazalara hücum proqnozlaşdırır" - ekspert məqaləsində izah edib.

Devid Eksin yazdığına görə, bu ada Rusiya sahillərindən cəmi 200 mil (322 kilometr) məsafədə yerləşir: "ABŞ-ın heç bir aerodromu, təyyarədaşıyan gəmisi Rusiyaya bu qədər yaxın təyyarə yerləşdirə bilməz".


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930