Dünya
1.11.2021
89
Qazaxıstan Prezidenti Xəzərin çirklənmədən qorunması protokolunu imzalayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərin yerüstü mənbələrdən çirklənməsinin mühafizəsi üzrə ratifikasiya protokolu haqqında qanunu imzalayıb.
Azmarka.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti noyabrın 1-də məlumat yayıb.
“Dövlət başçısı “Xəzər dənizinin yerüstü mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Protokolunun təsdiq edilməsi haqqında Qazaxıstan Respublikası Qanununu” imzalayıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, protokol 2012-ci ilin dekabrında imzalanıb. Sənədin məqsədi Xəzəri çirklənmədən qorumaqdır.
Azmarka.az