Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Zelenski: “Baydenlə Donbasdakı vəziyyəti müzakirə etdik”

“ABŞ Prezidenti Cozef Baydenlə söhbət zamanı Donbasda təhlükəsizlik məsələsini müzakirə etdik. ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkəmizdə həyata keçirilən islahatları dəstəkləməkdə davam edir”.

Azmarka.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün tviter hesabında yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenlə Ukraynanın dövlət başçısı Volodimir Zelenski Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP26) Tərəfdarlarının 26-cı Konfransı çərçivəsində görüşüblər.



Azmarka.az

Digər xəbərlər