Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

TBMM sədri: "44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb"

Türkiyə Azərbaycan və Ermənistan liderlərinin dialoqa hazır olduqları barədə bəyanatlarını, eləcə də hər iki ölkənin parlamentariləri arasında təmasların başlanmasını alqışlayır.

Azmarka.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib.

Şentopun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb.

Türkiyə parlamentinin sədri qeyd edib ki, sülh və normallaşma regionun bütün dövlətlərinin maraqlarına uyğundur.

“Bu, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə də aiddir. Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ermənistan tərəfindən səmimi addımlar olarsa, Ankara İrəvanla əlaqələri mərhələli şəkildə normallaşdırmağa hazırdır. Türkiyə ilə Ermənistan, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesləri bir-birini tamamlamalıdır”, - Şentop bildirib.

TBMM sədri vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Cənubi Qafqazda yeni reallıqları nəzərə almalı və uzun müddət davam edən danışıqların səmərəli olmamasının səbəblərini təhlil etməlidir.


Azmarka.az

Digər xəbərlər

  • 4.11.2021
  • 7.09.2021
  • 29.07.2021
  • 29.07.2021
  • 29.07.2021
  • 28.07.2021
  • 28.07.2021
  • 28.07.2021
  • 27.07.2021
  • 27.07.2021
  • 25.07.2021
  • 14.05.2021
  • 19.02.2021
  • 8.01.2021
  • 11.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930