Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Güney azərbaycanlı milli fəala hökm oxunub

Güney Azərbaycan türklərinin İranın Əhvaz bölgəsində yaşayan ərəb xalqını müdafiəsi zamanı həbs edilən azərbaycanlı milli fəal Nadir Sadeqiana Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən hökm oxunub.

Məhkəmə qərarına əsasən, Sadeqian dövlət büdcəsinə 60 milyon rial məbləğində cərimə ödəməlidir.

O, “sosial şəbəkələrdə telekommunikasiya sistemləri vasitəsilə insanları zorakılığa təhrik və dəvət etmək” maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Sadeqian cari ilin iyul ayının 25-də İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasına salınıb.

Mənbə: ANT


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930