Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Putinin xidməti avtomobilini istehsal edən zavodun azərbaycanlı rəhbəri işdən çıxdı

Azərbaycanlı Adil Şirinov “Aurus”un baş direktoru vəzifəsindən gedib.

Azmarka.az-ın xəbərinə görə, bu barədə “Aurus” şirkəti məlumat yayıb.

Bildirilib ki, avtomobil şirkətinin rəhbəri vəzifəsinin müvəqqəti icrası “Aurus” icraçı direktoru olan Nikolay Xodoseviçə tapşırılıb.

Şirkətdən o da bildirilib ki, Adil Şirinov öz istəyi ilə bu vəzifəni tərk edib. O, bundan sonra “UAZ” və “Sollers Ford” şirkətlərinin fəaliyyətinə diqqətini yönəldəcək: “Şirinov “Aurus”un sənayeləşdirilməsi, tam miqyaslı yerli istehsalın yaradılması və işə salınması ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib”.

Qeyd edək ki, “Aurus” zavodu Rusiya Prezidenti və hökumətinin üzvləri üçün avtomobil istehsal edir. “Aurus” limuzin, sedan, miniven və SUV təklif edən ilk rus lüks avtomobil markasıdır.


Azmarka.az

Digər xəbərlər

  • 12.11.2021
  • 5.11.2021
  • 1.10.2021
  • 23.07.2021
  • 5.07.2021
  • 10.05.2021
  • 25.04.2021
  • 21.04.2021
  • 11.04.2021
  • 5.04.2021
  • 27.03.2021
  • 13.01.2021
  • 9.01.2021
  • 18.09.2020
  • 9.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031