Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Nazarbayevin qızı ilə bağlı şok faktlar: 41 yaşlı Aliyə Avropa ölkəsində...

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı 2006-cı ildə Londonun şimalında Britaniya vətəndaşlığına nail olmaq niyyəti ilə malikanə alıb.

Azmarka.az xəbər verir ki, bu barədə “The Sunday Telegraph” məlumat yayıb.

Nəşrin iddiasına görə, bu, 41 yaşlı Aliyə Nazarbayevanın Qazaxıstandan 300 milyon dollar çıxardıqdan sonra ən ciddi satınalmalarından biri olub.

Aliyə öz dövlətindən mənimsədiyi 8.75 milyon funt-sterlinqi Hayqeytdə ev almağa xərcləyib. Dubayda ev almaq üçün daha 14 milyon dollar ödəməli olub. Bundan əlavə, Nazarbayevin qızı “Bombardier Challenger” tipli lüks təyyarə alıb. Satınalma ona 18 milyon funta başa gəlib

Qəzetin yazdığına görə, Nazarbayeva köməkçilərinə Qazaxıstanda qalmağın təhlükəli olduğunu dedikdən sonra ölkədən 312 milyon dollar köçürüb.

Eyni zamanda, Nazarbayeva 2006-cı ildə sərəncamında olan səhm paketlərinin bir hissəsini satıb və onlar üçün təxminən 325 milyon dollar alıb. Bu məqsədlə Lixtenşteyndə fond yaradıb və ora 150 ​​milyon dollar köçürüb. /teleqraf.com


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031