Dünya
19.01.2022
77
Nikol Paşinyan: “İqtisadiyyat nazirinə istefa verməyi qadağan etmişəm"
“Mən Vahan Kerobyana istefa verməyi yasaqlamışam”.
Azmarka.az-ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı söyləyib.
“Yalnız mən hansı nazirin nə qədər işləyəcəyinə qərar verəcəyəm”, - hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri V.Kerobyan bildirib ki, iqtisadiyyatın ikiqat artımı proqnozu özünü doğrultmasa, vəzifəsindən istefa verəcək. Daha sonra o, bu sözlərini “zarafat” adlandırıb.
Azmarka.az