Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Taliban legitimlik üçün dünya ictimaiyyətindən XAHİŞ ETDİ

Talibanın Baş naziri vəzifəsini icra edən Məhəmməd Həsən Axund rəsmi tanınması üçün tələb olunan bütün şərtlərə cavab verdiyini iddia edərək, dünya ictimaiyyətindən Əfqanıstanın yeni hökumətinə legitimlik verməyi xahiş edib.

Azmarka.az xarici KİV-ə istinadən bildirir ki, Məhəmməd Həsən Axund Kabildə Talibanın keçən ilin avqustunda hakimiyyəti ələ keçirməsindən sonra ölkənin üzləşdiyi iqtisadi sarsıntıları müzakirə etmək üçün müvəqqəti administrasiyasının toplaşdığı konfransda nitq söyləyibb. Tədbirə Birləşmiş Millətlər Təşkilatının rəsmiləri də iştirak qatılıb.

“Mən xüsusilə İslam dövlətlərini başqalarını gözləmədən bizim İslam Əmirliyimizi rəsmən tanımaqda liderlik etməyə çağırıram” - deyə Axund bildirib.

Onun fikrincə bu, Əfqanıstanın üzləşdiyi ağır iqtisadi və humanitar problemlərin həllinə yönəlmiş səyləri sürətləndirməyə yardım edəcək.

Talibanın rəsmi olaraq Əfqanıstan İslam Əmirliyi adlandırdığı yeni hökumətini hələ heç bir ölkə tanımayıb. Xarici hökumətlər ultra-mühafizəkar qrupun ölkəni bu dəfə necə idarə edəcəyini izləyir.

Axund mövcud iqtisadi böhranı beynəlxalq sanksiyalar və ABŞ başda olmaqla, Qərb dövlətləri tərəfindən Əfqanıstanın xarici pul ehtiyatlarındakı təxminən 9,5 milyard dolları dondurması ilə əlaqələndirib.

Taliban kabinetinin digər yüksək səviyyəli üzvləri də çərşənbə günü keçirilən konfransda çıxış edib və beynəlxalq iqtisadi sanksiyaların dayandırılmasına çağırıb.

Xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi deyib ki, Taliban hökuməti beynəlxalq tərəfdaşlarla sıx iqtisadi əlaqələr qurmağa çalışır.

"Humanitar yardım iqtisadi problemlərin qısamüddətli həll yoludur. Lakin uzunmüddətli perspektivdə problemlərin həlli üçün lazım olan infrastruktur layihələrinin həyata keçirilməsidir" - deyə Müttəqi bildirib.

Taliban rəsmiləri konfransda 20 xarici dövlətin nümayəndəsinin əyani, onlarla nümayəndənin isə virtual olaraq iştirak etdiyini bildirib.

Sanksiyalar və beynəlxalq yardımın qəflətən dayandırılması son 20 ildə xarici yardımdan çox asılı olan Əfqanıstanın iqtisadiyyatını iflasa sürükləməkdə davam edir.

Böhran Əfqanıstanda illərlə davam edən müharibə, quraqlıq və ifrat yoxsulluqdan irəli gələn humanitar ehtiyacları artırıb. Birləşmiş Millətlər Təşkilatının təxminlərinə görə, 40 milyona yaxın əhalinin yarısından çoxu aclıqla üzləşib.


İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər