Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ramzan Kadırovun qızına BÖYÜK ŞOK...

Çeçenistan başçısı Ramzan Kadırovun qızı Ayşət Kadırovaya məxsus “Firdaws” moda evi ilə bağlı vergi və rüsumların ödənilməməsi ilə bağlı icraat başlanıb.

Azmarka.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, “Firdaws” MMC-nin hesabları bloklanıb. Şirkətin ödəməli olduğu vergi borcunun dəqiq məbləği göstərilmir.

Moda evi Ramzan Kadırovun həyat yoldaşı Medni tərəfindən təsis edilib. Daha sonra, 2016-cı ildə rəhbərlik Ayşət Kadırova keçib. Məlumata görə, o, dövlət qulluqçusu olmasına baxmayaraq, şirkətlə işləməyə davam edir.

“Firdaws”ın baş ofisi və istehsal müəssisəsi Qroznıda yerləşir, Çeçenistanın paytaxtından əlavə Moskva, Mahaçqala və Dubayda mağazaları var.

2020-ci il sentyabrın 1-də Ayşət Kadırova Çeçenistan mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, ötən ilin dekabrında “Çeçenistan Respublikasına xidmətlərinə görə” medalı ilə təltif olunub. Bundan başqa, Ayşət Kadırovaya “İnsan hüquqlarının müdafiəsinə görə” medalı da verilib. /Teleqraf


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031