Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Türkiyəyə son yarım əsrin ən güclü qarı yağdı

Türkiyənin cənubundakı Qaziantep vilayətində son 54 ilin ən güclü qarı nəqliyyat əlaqələrini iflic edib.

Azmarka.az xəbər verir ki, əyalətin müxtəlif rayonlarında qar örtüyünün qalınlığı 0,5-1 metr arasında olub.

Qar səbəbindən yükdaşıma üçün istifadə olunan şəhərlərarası marşrutları bağlanıb.

Türkiyə Müdafiə Nazirliyi dağlıq ərazilərdə blokadada olan əhalinin təxliyəsi üçün bölgəyə iki hərbi helikopter göndərib. Respublika Fövqəladə Hallar Departamenti və yerli icra hakimiyyəti orqanları yolların təmizlənməsinə 900-ə yaxın xüsusi texnika cəlb edib.

Qaziantepdə bir metrlik qar təbəqəsi sonuncu dəfə 1968-ci ildə qeydə alınıb. /report


Azmarka.az

Digər xəbərlər