Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ukrayna ordusu Rusiya postunu darmadağın etdi – SENSASİON İDDİA

Ukrayna ordusunun Rusiyanın Rostov vilayətindəki sərhəd postunu top atəşi ilə vurduğu iddia edilib. Azmarka.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

İddiaya görə, Ukrayna ərazisindən atəşə tutulması nəticəsində Rusiyanın Rostov vilayətindəki sərhəd postu tamamilə məhv edilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) “İnterfaks”a verilən açıqlamada hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Məlumata görə, postu vurulan zastava Rusiya-Ukrayna sərhədindən 150 metr aralıda yerləşir.

Digər tərəfdən, hücum xəbəri Ukrayna ordusu tərəfindən təkzib edilib. Ukrayna Moskvanın iddiasını “dezinformasiya” adlandırıb.

Ukrayna ordusu ilə ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar arasında toqquşmalar ötən həftənin sonlarından başlayıb. /teleqraf.com


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930