Ukrayna MN: "Rusiya ordusunu daha böyük məyusluq gözləyir"

“Ukrayna Rusiyanın mayın 9-da Kiyevdə parad keçirmək planlarını artıq puç edib”.

Azmarka.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Rusiya ordusunu daha böyük məyusluq gözləyir. Biz onların mayın 9-da parad keçirmək arzularını artıq alt-üst etmişik”, - o söyləyib.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın mayın ortalarına qədər Donetsk və Luqansk vilayətlərini ilhaq etməyə çalışacağını bildirmişdi.


Azmarka.az