Cənubi Koreya və ABŞ birgə təlimlərə başlayıb

Cənubi Koreya və ABŞ “F-35A” qırıcılarının iştirakı ilə Hərbi Hava Qüvvələrinin müntəzəm birgə təlimlərinə başlayıb.

Azmarka.az xəbər verir ki,bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin mənbələri bildirir ki, təlim iki həftə davam edəcək.

Cənubi Koreya administrasiyası artıq Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı çıxmaq üçün ABŞ-la müttəfiqliyini gücləndirməyi öhdəsinə götürüb.

Agentliyin qeyd etdiyi kimi, “F-35A” qırıcılarının təlimlərə səfərbər olunması Pxenyana müttəfiqlərin gücünün nümayişi ola bilər.

Təlim iki ölkənin 2009-cu ildə keçirdiyi “Maks Thunder” təliminin qısaldılmış versiyasıdır.


Azmarka.az