Dünya
17.05.2022
56
“Azov” alayı Rusiyada terror təşkilatı kimi tanına bilər
Rusiyanın Baş prokuroru Ali Məhkəmə qarşısında Ukraynanın “Azov” alayının terror təşkilatı kimi tanınması və Rusiya Federasiyasında qadağan edilməsi barədə iddia qaldırıb.
Azmarka.az xəbər verir ki, Rusiya Ali Məhkəməsi işə mayın 26-da baxacaq.
Ali Məhkəmədən Baş prokurorluğun iddiasına qapalı rejimdə baxılacağı bildirilib.
Azmarka.az