Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Çavuşoğlu: "Ərdoğan və Bayden arasında görüşün bu il baş tutacağına ümid edirik"

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden arasında görüşün bu il ərzində reallaşacağına ümid edirik”.

Azmarka.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərində “Türk evi”ndəki görüşdə bildirib.

“Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində liderlər səviyyəsində də bu il ərzində görüşün reallaşacağına ümid edirik. Hesab edirəm ki, bu mexanizm çərçivəsində problemləri həll edə, yaxud azalda, həm də əməkdaşlığımızı inkişaf etdirə bilərik”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, 2021-ci ildə ABŞ və Türkiyə arasında ticarət dövriyyəsi 27 milyard dollar olub: “Bu rəqəmi 100 milyard dollara çatdırmaq istəyirik. ABŞ-la əməkdaşlığımızı genişləndirə və inkişaf etdirə biləcəyimiz sahələri bu mexanizm çərçivəsində müzakirə edə bilərik”.

Qeyd edək ki, bu gün, mayın 18-də Nyu-Yorkda E.Blinken və M.Çavuşoğlunun sədrliyi ilə Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı keçiriləcək. Toplantıda iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və qlobal məsələlərin müzakirəsi gözlənilir.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930