Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Tacikistanın şərqində antiterror əməliyyatı keçirilir

Tacikistanın Daxili İşlər Nazirliyi ölkənin şərq hissəsində yerləşən Dağlıq Bədəxşan muxtar vilayətində mütəşəkkil cinayətkar qrupa qarşı antiterror əməliyyatına başlayıb.

Azmarka.az xəbər verir ki, məlumatı Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi yayıb.

Qeyd olunub ki, mayın 17-də mütəşəkkil cinayətkar qrup Tacikistanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək məqsədi ilə Dağlıq Bədəxşan Muxtar Vilayətinin Ruşan rayonunda Çinlə dövlət sərhədi boyu ərazidə yerləşən Düşənbə-Kulma beynəlxalq avtomobil yolunu qanunsuz olaraq bağlayıb.

Hüquq mühafizə orqanlarının “təslim ol” çağırışına qarşı onlar atəş açaraq cavab veriblər.

Bildirilib ki, antiterror əməliyyatı vətəndaşların təhlükəsizliyini və ictimai asayişi təmin etmək, eləcə də Düşənbə-Kulma magistral yolunun fəaliyyətini bərpa etmək məqsədilə keçirilir.

Nazirliyin məlumatında qeyd olunub ki, mayın 17-də Mammədbokir Məmmədbokirovun başçılıq etdiyi dəstə qanunsuz mitinq təşkil edib və sonra polislə onlar arasında toqquşma baş verib.

Bildirilib ki, aksiya iştirakçılarının polisə əl qumbarası atması nəticəsində Tacikistan Daxili İşlər Nazirliyi Vilayət İdarəsi rəsinin müavini və daha iki polis əməkdaşı yaralanaraq, hospitala yerləşdirilib. Həmin dəstə üzvlərin tutulması və zərərsizləşdirilməsi istiqamətində antiterror əməliyyatı davam etdirilir.

Hadisə ilə bağlı respublika prokurorluğunda cinayət işi başlanılıb.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930