Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

TBMM üzvü: “Türkiyə, Gürcüstan və Azərbaycan terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı artırmalıdır”

“Türkiyə, Gürcüstan və Azərbaycan terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı artırmalı və bu baxımdan biz üçtərəfli əməkdaşlıq formatından istifadə etməliyik”.

Azmarka.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Halil Etyemez gürcü həmkarı Beka Odişariya ilə videoformatda keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, üçtərəfli əməkdaşlıq formatı ticari-iqtisadi sahədə Türkiyə və Gürcüstan arasında ikitərəfli əməkdaşlığı artırmağa imkan verir.

Millət vəkili Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və İpək Yolu kimi regional meqalayihələrin uğurla həyata keçirilməsində üçtərəfli əməkdaşlıq formatından istifadənin önəmini də qeyd edib.

B.Odişariya öz növbəsində Gürcüstanın iqtisadi cəhətdən güclənməsində Türkiyənin xüsusi rola malik olduğunu vurğulayıb. O, Türkiyənin Gürcüstanın əsas strateji tərəfdaşı və xüsusi dostu oluduğunu bildirib.

Parlament üzvü türkiyəli həmkarını Gürcüstana səfərə dəvət edib.


Azmarka.az

Digər xəbərlər

  • 26.01.2022
  • 7.01.2022
  • 6.11.2021
  • 18.10.2021
  • 15.10.2021
  • 5.10.2021
  • 4.10.2021
  • 1.08.2021
  • 6.06.2021
  • 1.06.2021
  • 20.05.2021
  • 17.03.2021
  • 12.03.2021
  • 8.03.2021
  • 26.01.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930