Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Moskvadan ŞOK HƏDƏ: “Cavabımız diplomatik yox, praktiki olacaq”

Moskvanın Litvanın Avropa İttifaqının sanksiyaları altında olan malların Kalininqrad vilayətinə tranzitini qadağan etməsinə reaksiyası diplomatik yox, praktik xarakter daşıyacaq.

Azmarka.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əsas suallardan biri cavabın diplomatik olub-olmayacağı ilə bağlıdır. Cavab “yox”dur. Cavab diplomatik deyil, praktiki olacaq”, - XİN-in sözçüsü bildirib.

Zaxarova Rusiyanın Litvaya qarşı həyata keçirməyi planlaşdırdığı əməli tədbirlərin mahiyyətini açıqlamayıb.

Litva iyunun 18-də Kalininqrad vilayəti ilə Rusiyanın əsas ərazisi arasında sanksiyaya məruz qalan yüklərin daşınmasını dayandırıb. Bundan sonra Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov bildirib ki, Litvanın bu qərarı regionun iqtisadi cəhətdən blokadaya alınması deməkdir. Onun sözlərinə görə, Rusiya qərarın yenidən nəzərdən keçirilməsini tələb edəcək.

Federasiya Şurasının üzvü Andrey Klişas isə Rusiyanın buna cavabının çox sərt olacağını deyib.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930