Dünya
22.06.2022
124
Qərbin Ukraynaya silahları gəldi: snayper kimi dəqiq atır...
Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələri artıq Qərb tərəfdaşlarından hərbi yardım alıb və bunun sayəsində cəbhədəki mövqelərini xeyli yaxşılaşdırıblar.
Azmarka.az axar.az-a istinadən xəbər verir ki, bunu Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux deyib.
"Qərb tərəfdaşlarının köməyi bir neçə həftə əvvəl gəldi və qoşunlarımızın mövqelərini xeyli yaxşılaşdırdı", - Starux bildirib.
Starux qeyd edib ki, hazırda Ukrayna qoşunları ilə Rusiya qoşunları arasında qarşıdurmanın əsas formalarından biri artilleriya duelləridir. Onun sözlərinə görə, Qərbin silahları snayper kimi dəqiq atır.