Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiya Kiyevi Xəzər dənizindən ən bahalı raketi ilə VURDU

Bu gün Kiyevə edilən və nəticədə mülki şəxslərin xəsarət aldığı hücum Rusiyanın Xəzər dənizi regionundan yüksək dəqiqliyə malik və ən bahalı raketləri ilə həyata keçirilib.

Azmarka.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Ümumkrayna telemarafonunun efirində bildirib.

Onun sözlərinə görə, Kiyev vilayətinə bugünkü hücum üçün Rusiya ordusu Xəzər dənizi regionlarından strateji aviasiyadan istifadə edib.

"Həştərxan vilayətində havaya qalxan əsas raketlər X-101-dir. O, 5 500 kilometr məsafəyə uça bilir", - o bildirib.

İqnat bildirib ki, bu gün səhər 4-dən 6-dək raket buraxılıb, onlardan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. O, aydınlaşdırıb ki, X-101 raketi Rusiya ordusunda olan ən yüksək dəqiqliyə malik və ən bahalı raketdir.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031