Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Putin 4 aydan sonra ilk dəfə Rusiyanı tərk edir - NİYƏ İNDİ?

Kreml rəhbəri guya “devrilə biləcəyi” haqda Qərb mediasındakı iddialara cavab verməyin vaxtı gəldiyini düşünür...
Rusiya lideri Vladimir Putin gələn həftə Tacikistan və Türkmənistana səfər edəcək. Bu barədə "Rossiya-1" kanalının "Moskva. Kreml. Putin" verilişində məlumat verilib. Putin ilk olaraq bu həftə Düşənbəyə uçacaq. Tacikistan prezidenti ilə danışıqlarda və işçi yeməkdə iştirak edəcək. Rusiya prezidenti Xəzər sammitində iştirak etmək üçün oradan Aşqabada səfər edəcək.

İyunun 29-na planlaşdırılan VI Xəzər Sammitinə səfər Vladimir Putinin 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ilk xarici səfəri olacaq. Rusiya prezidenti sonuncu dəfə fevralın əvvəlində Çinə işgüzar səfər edəndə ölkəni tərk edib. Dmitri Peskov qeyd edib ki, sammit çərçivəsində Rusiya prezidentinin iştirakı ilə hər hansı ikitərəfli görüş baş tutsa, Kreml bu barədə məlumat verəcək.

Qeyd edək ki iyunun 28-də Aşqabadda Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Toplantı iyunun 29-na planlaşdırılan sammitə hazırlığına həsr olunacaq.

Sammitin hələ 2021-ci ildə Türkmənistanda keçiriləcəyi planlaşdırılmışdı. Lakin forumun keçirilmə tarixi pandemiya səbəbindən 2022-ci ilə təxirə salınmışdı.

Maraqlıdır ki, sammit olan gün eks-prezident Qurbanqulu Berdiməhəmmədov həm də 65 yaşını qeyd edəcək. Həmin gün Aşqabadda bir neçə parkının açılışı planlaşdırılır. Yada salaq ki, Q.Berdiməhəmmədov fəaliyyətini Türkmənistan parlamentinin yuxarı palatasının sədri kimi davam etdirir.

Bu sammit həm də Bediməhəmmədovun oğlu, ölkənin yeni prezidenti Sərdar Berdiməhəmmədovun ilk böyük təqdimatı da hesab oluna bilər. Türkmənistan liderinin oğlu Rusiya XİN-in Diplomatiya Akademiyasını bitirib. O, bir müddət Prezident yanında Karbohidrat Ehtiyatlarının İdarə Olunması və İstismarı üzrə Dövlət Agentliyinin rəhbərliyində çalışıb. Daha sonra Sərdar Berdımuxammedov Axal vilayəti prokurorunun köməkçisi, XİN-də departament rəhbəri, baş nazirin müavini işləyib. Bu ilin martında keçirilən növbədənkənar seçkilərdə isə böyük səs üstünlüyü ilə prezident seçilib.

Müzakirə ediləcək məsələlərə gəlincə, Xəzərin hüquqi statusu üzrə konvensiya 2018-ci ilin avqustunda Qazaxıstanda keçirilmiş zirvə toplantısında imzalanıb. Təbii resurslarla zəngin Xəzər dənizinin sahilində yerləşən beş ölkənin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) liderləri dünyanın ən böyük daxili su hövzəsinin statusu barədə razılığa gəliblər. Xəzəryanı ölkələr ayrı-ayrılıqda ticari-iqtisadi əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalayıblar. Beş ölkənin imzaladığı razılaşmaya əsasən, hərbi bazaların tikintisi və onların xarici ölkələr tərəfindən istifadəsi, hərbi gəmilərin, təyyarə-daşıyıcılarının və sualtı qayıqların, döyüş təyyarələrinin həddindən artıq uçuşu və hətta digər ölkələrə məxsus yüklərin daşınması qadağandır. Beş ölkə arasında neftlə zəngin dənizin dibinin bölünməsi məsələsi həll edilməmiş qalıb. Rəsmi Bakı ümid edir ki, biz yaxın vaxtlarda Xəzərin dibi, buradakı təhlükəsizliklə bağlı məsələləri birlikdə müzakirə edərək yekun qərar qəbul olunmasına nail olunacaq.

Putinin bir neçə aydan sonra ilk dəfə ölkə hüdudlarını tərk etməsinə gəlincə, bu Rusiya liderinin Ukrayna cəbhəsindəki “uğurlardan” da qaynaqlana bilər. Bu həm də o anlama gəlir ki, Putin Qərb mediasında guya “devrilə biləcəyi” haqda iddialara cavab verməyin vaxtı gəldiyini düşünür. /musavat.com


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031