Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ukraynanın nə qədər ərazisi zəbt olunub?

2022-ci il fevralın 24-dən Ukraynada yeni müharibə aparan Rusiya iyunun 24-dək şərq və cənub vilayətlərində 81 min 949 kvadrat kilometr ərazini nəzarətə alıb. Novator.az Böyük Britaniyanın “The New Statesman” jurnalına istinadla bildirir ki, ölkənin ümumilikdə 126 min 119 kvadrat kilometr ərazisi zəbt olunub. 44 min 170 kvadrat kilometrlik ərazi birinci işğalın payına düşür.

Ukraynanın 603 min 548 kvadrat kilometr ərazisi var.

2014-cü ildə Rusiya Krım yarımadasını (ərazisi 27 min 940 kvadrat kilometrdir) işğal edərək özünə birləşdirib, Donetsk vilayətinin 7 min 853 kvadrat kilometrini, Luqansk vilayətinin 8 min 377 kvadrat kilometrini tutaraq həmin ərazilərdə iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031