Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bolqarıstan 70 rus diplomatını ÖLKƏDƏN QOVDU

Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyinin 70 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

Azmarka.az BTA agentliyinə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kirill Petkov məlumat verib.

Bolqarıstan hökumətinin başçısı qeyd edib ki, Rusiya səfirliyinin əməkdaşlarının çoxu xarici kəşfiyyata işləyir və “onların diplomatik rolu sadəcə pərdəçilikdir”.

Petkov rus diplomatlarının hansı fəaliyyətə görə çıxarıldığını açıqlamayıb, çünki bu məlumat məxfidir.

“Mən təkcə Rusiyaya deyil, bütün ölkələrə müraciət etmək istərdim ki, Bolqarıstanın maraqlarına zidd işləyən hər kəs gəldiyi ölkəyə deportasiya ediləcək”, - baş nazir bildirib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri tərəfdaş ölkələr Rusiya diplomatik missiyalarının 443 əməkdaşını ölkədən çıxarıb. /publika.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031