Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ərdoğan ilə Zelenski NƏLƏRİ MÜZAKİRƏ EDİB? - İki lider arasındakı GÖRÜŞÜN TƏFƏRRÜATI

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Lvovda keçirilən görüşün təfərrüatını açıqlayıb.

Azmarka.az-ın məlumatına görə, Ukrayna lideri rəsmi teleqram kanalında yazıb ki, müzakirələrdə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyət və ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub.

“Türkiyə Prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin dəstəyinin bariz göstəricisidir. Lvovdakı görüşdə biz Rəcəb Tayyib Ərdoğanla taxıl təşəbbüsünün yaxşılaşdırılması imkanlarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etdik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq”, - Ukrayna lideri qeyd edib.

Onu da deyək ki, ikitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.

Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Görüşlərdə Ukraynadakı durum, o cümlədən taxıl ixracı prosesinin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın müharibə başlayandan Ukraynaya ilk səfəridir.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31