Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiyadan Türkiyə ilə bağlı ŞOK İDDİA – “Ərdoğan BU QƏRARI verən kimi...”

"Ankara avqustun 16-da Moskvadan gələn maraqlı xəbərlə oyandı. Rusiyanın TASS xəbər agentliyi Türkiyə ilə Rusiya arasında S-400 sistemi ilə bağlı yeni müqavilə imzalandığını yazdı. TASS-ın xəbər mənbəyi Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayevdir".

Azmarka.az
"Teleqraf"aa istinadən bildirir ki, bu barədə türkiyəli jurnalist Məhmət Acət məlumat verib.

Jurnalist bildirib ki, yeni müqavilədə S-400 sisteminin komponentlərinin bir hissəsinin Türkiyədə istehsalı məsələsi də yer alıb, bunu da Şuqayev dilə gətirib: "Rusiya rəsmisinin açıqlamasının vaxtı da diqqət çəkir. TASS-ın xəbəri Türkiyə ilə ABŞ arasında F-16-ların tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Ankaradan Vaşinqtona bir nümayəndə heyətinin getməsi barədə məlumatın elan edildiyi vaxtda yayımlandı.

Ankara bir müddət susdu. Moskvadan gələn açıqlamaya rəsmi mənbələrdən əvvəl iqtisadi bazarlar reaksiya verdi. Son zamanlarda Türkiyəyə valyuta daxilolmalarının artması ilə 900-dən 650 səviyyəsinə enən CDS balı (ölkə risk indeksi) birdən-birə 725-ə yüksəldi. Günortadan sonra Müdafiə Sənayesi Nazirliyinin "Yeni gəlişmə yoxdur. Proses əvvəlki razılaşma əsasında davam edir" açıqlaması ilə bazarlardakı gərginlik səngidi. Müdafiə Sənayesi Nazirliyinin bu açıqlaması ilə məsələ hələlik bağlanmış kimi görünür. Amma "nə baş verir" sualına cavab tapmaq üçün bir az təfərrüata ehtiyac var.

Rusiyadan gələn bu xəbərlə bağlı müvafiq mənbələrlə söhbətləşdim. Bir rəsmi şəxs mənə bunları dedi: "İki sistem üçün onsuz da müqavilə imzalanıb. Digəriləri ilə bağlı danışıqlar davam edir. Bu necə olacaq? Yerli istehsal nə qədər olacaq? Texnologiya transferi olacaqmı? və s. Bu məsələlərlə bağlı imzalalanmış yeni heç nə yoxdur. Bu xəbər dezinformasiyadır".

Rəsmilər bu açıqlamaların ABŞ-dakı F-16 danışıqları və Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya gedəcəyi ilə bağlı xəbər yayıldıqdan sonra gəldiyinə və bu gəlişmələrlə əlaqəsinin olduğuna diqqət çəkirlər.

"Əgər belə bir şey yoxdursa, keçmişdə imzalanmış müqaviləni yeni kimi elan etməyin heç bir izahı ola bilməz", - rəsmi mənbə deyir.

S-400-lərin ikinci partiyası ilə bağlı danışıqların davam etdiyi, amma bu yöndə anlaşmanın nə vaxt əldə ediləcəyinin isə məlum olmadığı bildirilir".

Türkiyə rəsmisi jurnalistə bunu da deyib: "Əslində ruslar "Türkiyə bizimlədir" fikrini formalaşdırmaq istəyirlər".


Azmarka.az

Digər xəbərlər

  • 16.08.2022
  • 27.07.2022
  • 26.06.2022
  • 23.01.2022
  • 19.01.2022
  • 27.12.2021
  • 3.12.2021
  • 26.08.2021
  • 23.08.2021
  • 29.06.2021
  • 17.06.2021
  • 24.11.2020
  • 18.11.2020
  • 17.11.2020
  • 15.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31