Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İranda Ukrayna təyyarəsinin vurulmasına dair araşdırma başa çatıb, hesabat hazırlanıb

Tehranda Ukrayna təyyarəsinin vurulmasına dair araşdırma başa çatıb və bununla bağlı hesabat hazırlanıb.

Bu barədə bu gün İranın yol və şəhərsalma naziri Məhəmməd İslami bildirib.

Onun sözlərinə görə, bu hesabat tezliklə İranın Aviasiya Təşkilatının informasiya sistemində yerləşdiriləcək və hamı üçün əlçatan olacaq.

M. İslami qeyd edib ki, təyyarə qəzasına dair görüşlər peşəkarlıqla aparılıb: “Ukrayna şirkətinin və ABŞ-ın “Boinq” şirkətinin nümayəndələrinin hadisənin araşdırmasında rolu olub və qəza ilə bağlı son hesabat hazırlanıb. Hesabat ingilis dilində hazırlanıb və bütün tərəflərə verilib”.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.\apa

Azmarka.az

Digər xəbərlər

  • 23.12.2020
  • 21.12.2020
  • 18.12.2020
  • 12.12.2020
  • 10.12.2020
  • 9.12.2020
  • 8.12.2020
  • 27.11.2020
  • 26.11.2020
  • 17.11.2020
  • 11.11.2020
  • 5.10.2020
  • 24.09.2020
  • 8.09.2020
  • 7.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031