Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı

İranın təhdidlərindən sonra ABŞ "Nimitz" aviadaşıyıcısını regiondan geri çəkmək planından imtina edib.

Azmarka.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri vəzifəsini icra edən Kris Miller bəyan edib.

Daha əvvəl ABŞ mediası hazırda Yaxın Şərq regionunda ABŞ-ın yeganə aviadaşıyıcısı olan "Nimitz"in başqa yerə köçürülməsinə qərar verildiyini yazmışdı.

Millerin açıqlaması ABŞ və İran arasında münasibətlərin daha da kəskinləşməsi, həmçinin Donald Tramp rəhbərliyinin 20 yanvarda səlahiyyət müddəti bitməzdən əvvəl İrana zərbə endirə biləcəyi barədə spekulyasiyası fonunda verilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə regionda hərbi qarşıdurma baş verməsi halında İranın həm ABŞ bazalarına, həm də bu obyektlərin yerləşdiyi ərəb ölkələrinə qarşı eyni tədbirləri görəcəyini bildirmişdi.


Azmarka.az

Digər xəbərlər

  • 30.12.2020
  • 13.12.2020
  • 12.12.2020
  • 11.12.2020
  • 8.12.2020
  • 7.12.2020
  • 6.12.2020
  • 22.11.2020
  • 17.11.2020
  • 14.11.2020
  • 8.10.2020
  • 22.09.2020
  • 15.09.2020
  • 14.09.2020
  • 11.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031