Türkiyə Danimarkaya nota verib

Azmarka.az: Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, buna səbəb Danimarkada Qurani-Kərimə qarşı təhqir xarakterli hərəkətlərə yol verilməsidir.

Türkiyə XİN-də danimarkalı diplomata bunun qəbuledilməz olduğu bildirilib.

Xatırladaq ki, daha əvvəl İsveç və Niderlandda Qurani-Kərim yandırılıb.