Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ərdəbildə Azərbaycana dəstək aksiyaları ilə əlaqədar mühakimə edilən fəala bəraət verildi

Keçən ilin oktyabr ayında Ərdəbil vilayətində keçirilən Azərbaycana dəstək aksiyaları ilə əlaqədar rejimə qarşı təbliğat, habelə İranın sabiq və hazırkı dini liderini aşağılamaq ittihamı ilə mühakimə edilən türk fəal Rza Seyyid Nuriyə bəraət verilib.

Azmarka.az-ın məlumatına görə, Milli fəal keçən ilin oktyabr ayının 18-də Ərdəbil vilayətinin Muğan bölgəsində nəzarət altına alınıb, bir gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Daha sonra Ərdəbil vilayəti Parsabad şəhərinin ümumi və inqilab prokurorluğu sosial mediada Qarabağa dəstək aksiyaları ilə əlaqədar paylaşılan bəzi görüntülərin Rza Seyyid Nuri tərəfindən yükləndiyini iddia edərək, ona qarşı “İslam Respublikasının banisini (Ruhullah Xomeyni) aşağılamaq” və “dini lideri (Seyyid Əli Xameneyi) aşağılamaq”, habelə “nizama qarşı təbliğat” ittihamını irəli sürmüşdü.

Lakin Parasabad Cəza Məhkəməsi sözügedən görüntülərin Seyyid Nuri tərəfindən sosial mediaya yükləndiyinə dair bir dəlilin mövcud olmadığını qeyd edərək ona bəraət qazandırıb.

Məhkəmə sənədində yazlıb ki, “müttəhim Rza Seyyid Nuri sözügedən görüntüləri İnstagram sosial şəbəkəsinə yüklədiyini inkar edir. Görüntülərin müxtəlif səhifələrə yükləndiyini nəzərə alaraq, onların müttəhim tərəfindən yükləndiyinə dair bir dəlil mövcud deyil. Bu səbəblə, habelə əsasın bəraət olduğunu nəzərə alaraq bəraət qərarının verildiyini açıqlayırıq.”

Xatırladaq ki, keçən ilin sentyabr və oktyabr aylarında İkinci Qarabağ müharibəsi zamanı Güney təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən həftələr ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs və şallaq kimi cəza çıxarılırkən, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.


Azmarka.az

Digər xəbərlər

  • 25.01.2021
  • 24.01.2021
  • 17.01.2021
  • 14.01.2021
  • 12.01.2021
  • 11.01.2021
  • 10.01.2021
  • 4.01.2021
  • 3.12.2020
  • 1.11.2020
  • 15.10.2020
  • 22.09.2020
  • 15.09.2020
  • 15.09.2020
  • 8.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930