Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ağ Evin yüzlərlə əməkdaşı koronavirusa qarşı peyvənd olunub

Ağ Evin bir neçə yüz əməkdaşı yeni növ koronavirusa qarşı peyvənd olunub.

Azmarka.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Prezidenti Cozef Baydenin administrasiyasındakı iki mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, peyvənd olunanların əksəriyyəti vəzifələrini birbaşa Ağ Evin ərazisində icra edənlərdir. Məhz onlara ilk növbədə koronavirus peyvəndi vurdurmaq hüququ verilib. Eyni zamanda, administrasiyanın məsafədən iş rejimində fəaliyyət göstərən əməkdaşlarının aşılanmasına da başlanılıb. CNN-in mənbələri qeyd edirlər ki, yaxın həftələrdə Ağ Evin bütün işçilərinin peyvənd olunacağı gözlənilir.

ABŞ prezidentinin özü ilk doza koronavirus peyvəndini keçən il dekabrın 21-də, ikincisini isə bu il yanvarın 11-də vurdurub. Vitse-prezident Kamala Harris də koronavirusa qarşı aşılanıb.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031