Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ukraynada Leninin sonuncu heykəlini söküblər

Ukraynada Vladimir Leninin açıq ərazidə yerləşən sonuncu heykəli sökülüb.

Azmarka.az xəbər verir ki, bunu “Svitanok” ictimai təşkilatının rəhbəri Vadim Pozdnyakov feysbuk səhifəsində yazıb.

“Leninin Ukraynadakı sonuncu heykəli söküldü! (İşğal altındakı torpaqlar və zavod, sanatoriya kimi qapalı ərazilər istisna olmaqla). Leninin Odessa vilayətinin İzmail rayonunun Starıye Troyanı kəndində yerləşən heykəli sökülüb”, - V.Pozdnyakov bildirib.

Xatırladaq ki, 2015-ci ildə Ukraynada sovet simvolikasının təbliğatını qadağan edən “Kommunist və nasist rejimlərin pislənməsi haqqında” qanun qəbul olunub. Bu xüsusən sovet dövrünün dövlət xadimlərinin adını daşıyan şəhər və küçələrin adlarının dəyişdirilməsini əhatə edir.

Qeyd edək ki, rusiyalı inqilabçı, marksizmin nəzəriyyəçisi Vladimir Lenin (1870-1924) 1917-ci ildə Rusiyada hakimiyyəti ələ keçirən Sosial-Demokratik Fəhlə Partiyasının yaradıcısı və SSRİ-nin qurucusudur.



Azmarka.az

Digər xəbərlər

  • 27.01.2021
  • 26.01.2021
  • 25.01.2021
  • 25.01.2021
  • 21.01.2021
  • 20.01.2021
  • 26.12.2020
  • 22.12.2020
  • 22.12.2020
  • 12.12.2020
  • 8.12.2020
  • 18.11.2020
  • 7.11.2020
  • 5.10.2020
  • 10.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031