Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ABŞ-da ağır yol qəzasında 6 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

Azmarka.az CNN-ə istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanların sayı isə 36 nəfər olub.



Qeyd edək ki, yol qəzası yolun buz bağlaması səbəbindən baş verib. 100-dən çox avtomobilin bir-birinə çırpıldığı bildirilir.

***

05:14

ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb.

Azmarka.az xəbər verir ki, bu barədə Fort-Uort şəhər polisinin əməkdaşı Daniel Siqura açıqlamasında bildirib.

Hadisə ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam etdirildiyi bildirilib.

NBC kanalının yerli şöbəsinin verdiyi məlumata görə, təxminən 35 nəfər xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, ştatın mərkəzi magistral yollardan birində, təxminən 100 avtomobil toqquşub.

Qəzaya səbəb yolun buz bağlaması olub.

Ştatın digər bölgələrində də ağır yol qəzaları baş verib. Azı 3 nəfərin öldüyü təsdiqlənib.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031