Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Somalidə partlayış zamanı azı 20 nəfər həlak olub, onlarla yaralı var

Somalin paytaxtı Moqadişoda törədilən partlayış nəticəsində azı 20 nəfər həlak olub.

Bu barədə “Reuters” agentliyi həkimlərə istinadən məlumat yayıb.

“Biz indiyə qədər partlayışin baş verdiyi yerdən 20 nəfərin meyitini və 30 yaralını daşımışıq”, - ölkənin təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil restoranlardan birinin qarşısında partlayıb. Partlayışdan sonra atışma səsləri eşidilib.

Daha əvvəl “Garowe” portalı bildirib ki, partlayış şəhər həbsxanasının yaxınlığındakı restoranın yanında baş verib. Polis hadisənin baş verdiyi əraziyə aparan bütün yolları bağlayıb. /report


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930