Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İranda böyük korrupsiya dosyesi: həbslər səngimək bilmir

İranın Qərbi Azərbaycan vilayətində Mahabad şəhərinin bələdiyyəsi və şəhər şurasında rüşvət və korrupsiya dosyesi ilə bağlı təqribən bir ay əvvəl başladılan həbslərin davam etdiyi bildirilir.

Azmarka.az xəbər verir ki, yarı-rəsmi İLNA agentliyinin xəbərinə görə, keçən bir ay ərzində Mahabad Şəhər Şurasının 7 üzvündən 6-sı nəzarət altına alınıb. Agentlik həmçinin Şəhər Şurasının ləğv edilməsi ehtimalını önə çəkib.

Keçən təqribən bir ay ərzində korrupsiya və inzibati pozuntularla bağlı Mahabad Bələdiyyəsi həmçinin şəhərin Yol və Şəhərsalma İdarəsində təqribən 20 nəfər saxlanılıb.

Rəsmi adı Mahabad, lakin əhalinin Savucbulaq (Savblaq) adlandırdığı şəhərin təqribən 200 min əhalisi var. Əhalinin əksəriyyətini kürd icması təşkil edir.
Son bir neçə ildə Şərqi Azərbaycan, Zəncan, Tehran və “Kohgiluyə və Boyer-Əhməd” kimi vilayəyələrin də bəzi bələdiyyələrində həbslər baş verib.
2016-cı ildən bəri gündəmdə olan Təbriz Bələdiyyəsi və Şəhər Şurasında korrupsiya ilə əlaqədar Təbrizin sabiq meri daxil olmaqla onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvü saxlanılıb. Təbriz Şəhər Şurasının sədri Şəhram Dəbiri isə keçən iyun ayında nəzarət altına alınıb bir müddət sonra sərbəst buraxıldı.

İran bələdiyyələrində korrupsiya hallalarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

İnqilab Keşikçiləri Korpusuna (Sepah) bağlı şirkətlər, habelə birbaşa İranın ali ruhani lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmirlər.


Hazırladı: Ayxan Cəfərli,
Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 15.12.2020
  • 12.12.2020
  • 28.11.2020
  • 18.11.2020
  • 1.11.2020
  • 26.10.2020
  • 9.10.2020
  • 3.10.2020
  • 27.09.2020
  • 25.09.2020
  • 23.09.2020
  • 19.09.2020
  • 18.09.2020
  • 9.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031