Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiyalı polkovnikdən Ermənistana verilən ən müasir silahlarla bağlı SENSASİON AÇIQLAMA

“Rusiya Ermənistana ən müasir silahlarını verir, amma bu ölkənin ordusunun bunlardan istifadə edəcək təcrübəli hərbi kadrları yoxdur”. Bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Muraxovski deyib.

Azmarka.az "Teleqraf"a istinadən xəbər verir ki, ekspert təkcə müasir sistemlərin tədarükünün yetərli olmadığını, onlardan istifadə edə bilən təcrübəli və ixtisaslı zabitlərə ehtiyac olduğunu bildirib: “Rusiya Ermənistana qabaqcıl silah sistemləri tədarük edir. Bir neçə il əvvəl Ermənistan Rusiyadan “İsgəndər” taktiki raket sistemləri aldı. Bundan əlavə, Ermənistan Rusiyadan “Tor M2” qısa mənzilli zenit-raket kompleksləri alanlardan biri oldu. Moskva Ermənistanı müasir radar və elektron döyüş sistemləri ilə də təmin edib. Sadəcə olaraq, Ermənistan silahlı qüvvələrinin qarşısında bu sistemlərə yiyələnmək vəzifəsi durur.

Bu o deməkdir ki, təkcə alt eşelona daxil olan mütəxəssislər yetişdirmək lazım deyil, eyni zamanda bütün komandanlıq və nəzarət səviyyələrindəki zabitləri taktiki, əməliyyat və strateji baxımdan yetişdirmək lazımdır. Onlar bu silah sistemlərinin silahlı qüvvələrdəki yeri və rolu, eləcə də döyüş və əməliyyatlarda istifadə edilməsinin əsaslarını öyrənməlidirlər”.


Azmarka.az

Digər xəbərlər

  • 1.03.2021
  • 1.03.2021
  • 25.02.2021
  • 11.02.2021
  • 4.02.2021
  • 3.02.2021
  • 3.02.2021
  • 22.01.2021
  • 16.01.2021
  • 30.12.2020
  • 6.11.2020
  • 20.10.2020
  • 11.10.2020
  • 28.09.2020
  • 17.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930