Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Türkiyə XİN başçısı: “Regional əməkdaşlığın böyüməsi hər kəsə fayda verəcək”

“Regional əməkdaşlığın böyüməsi hər kəsə fayda verəcək”.

Azmarka.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu virtual formatda keçirilən II “Tehran dialoqu” forumunda çıxışı zamanı deyib.

O bildirib ki, əməkdaşlıq üçün artıq bir çox vacib mexanizm və təşəbbüslər mövcuddur: “İqtisadi potensial böyükdür, lakin bu o demək deyil ki, buna nail olmaq asandır. Siyasət bəzən bu potensialı məhv edir. Biz bunu regionda tez-tez görürük. Lakin siyasət sülh diplomatiyasının mühərriki rolunu oynaya bilər”.

M. Çavuşoğlunun sözlərinə görə, İran və Türkiyənin bəzi xüsusi məsələlərdə fikir ayrılıqları ola bilər, amma hər iki ölkə heç vaxt əlaqələrini kəsməyib: “Biz əvvəldən İrana qarşı tətbiq olunan birtərəfli sanksiyalara qarşı çıxmışıq. Türkiyə həmişə Hərtərəfli Birgə Fəaliyyət Planının tam reallaşdırılmasını dəstəkləyib. Biz ABŞ-ın yeni administrasiyasının Hərtərəfli Birgə Fəaliyyət Planına geri dönməsi ilə bağlı niyyətini dəstəkləyirik”.

Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasında gərginliyə toxunan Türkiyə XİN başçısı qeyd edib ki, onun ölkəsi buradakı enerji resurslarını rəqabət deyil, əməkdaşlıq elementi kimi görür: “Türkiyənin ən uzun sahil xəttinə malik olan ölkə kimi Aralıq dənizi ilə bağlı danılmaz, vacib haqq və maraqları var”.

M. Çavuşoğlu Türkiyənin İraq, Suriya və Əfqanıstanda sabitlik və sülhün bərpasına öz töhfələrini verdiyini də bildirib.



Azmarka.az

Digər xəbərlər

  • 12.03.2021
  • 11.03.2021
  • 10.03.2021
  • 21.02.2021
  • 8.02.2021
  • 1.02.2021
  • 30.01.2021
  • 26.01.2021
  • 25.01.2021
  • 29.12.2020
  • 29.12.2020
  • 8.12.2020
  • 3.12.2020
  • 13.10.2020
  • 6.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031