Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Nüvə başlığı daşıya bilən Rusiya silahı Ermənistana necə gedib? - Ekspertdən İLGİNC ŞƏRH

"Beynəlxalq konvensiyaların tələblərinə tam zidd olaraq Ermənistana naməlum marşurutlar üzrə çatdırılan "İsgəndər" raketlərinin M versiyasının (daha uzaq mənzilli və nüvə başlığı belə daşımağa malik operativ-takitiki raket kompleksi) Ermənistana verilməsi və həm də Ermənistan tərəfindən Azərbaycan ərazilərinə qarşı istifadə edilməsi hər birimizi, o cümlədən də məni narahat etməyə bilməzdi". Azmarka.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Milli.az"a açqılamasında deyib.

Ekspert bildirib ki, Rusiya səfirliyi ləngimədən ən qısa zamanda və ağılabatan bir cavab verməklə Azərbaycan cəmiyyətini sakitləşdirməlidir: "Rusiya səfirliyinə edilən müraciətə qoşulmağımın da əsas səbəblərindən biri uzun illər araşdırdığım və heç bir yerdə, hətta BMT-nin silah reysterində rast gəlmədiyim bir silah sisteminin Ermənistana verilməsinə aid sualla cavab tapa bilməməyim mənim də bu müraciətə qoşulmağıma səbəb oldu. İstənilən halda "İsgəndər-M" raketi kiçik bir element deyil, bu ballistik bir raketdir. Biz də bilirik ki, bütün dünya gücləri, o cümlədən Rusiya okeanlardan belə buraxılan qanadlı ballistik və operativ-taktiki raketlərin izlənməsini davamlı olaraq fasiləsiz həyata keçirir.

Kilometrlərlə uzaqdan buraxılan raketləri izləyə bilən Rusiyanın yerləşdiyi Gümrü aviabazasından bir neçə kilometr aralıda "İsgəndər" raketinin buraxılışını görməməsi çox böyük təəccüb doğurur.

Düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında olan münasibətlər, o cümlədən Rusiyanın Qarabağda sülhməramlı funksiyası həyata keçirmək kimi bizim böyük bir etimadımızı qazanıb. Belə olan halda Rusiyanın onun istehsal etdiyi və kimsəyə vermədiyini bəyan etdiyi bir silahın Ermənistana necə gəlib çıxması hər birimizdə böyük bir təəccüb hissi doğurur. Bu silahların tapılması üçün buna istək olduğu halda ən geci 2-3 günün içində bu raketlərin hansı hərbi hissədən və ya hansı istehsalçı tərəfindən Ermənistana çatdırılmasını ayırd etmək olar. Bunun üçün bizim əlimizdə olan raketin indenfikasiya və nömrəsi ilə bərabər seriya və partiya nömrəsini götürüb istehsalçı zavoddan həmin raketlərin hansı hərbi hissəyə və ya raket divizyonuna çatdırılmasını aydınlaşdırmaq, həmin hərbi hissədən isə eyni seriya və partiya nömrəsinə malik raketin təqdim olunmasını tələb etmək kifayətdir ki, bu raketin hara, kimə, nə vaxt, hansı məqsədlə verildiyinin üstü açılsın. Bu anlamda, düşünürəm ki, Rusiya səfirliyi ləngimədən ən qısa zamanda və ağılabatan bir cavab verməklə Azərbaycan cəmiyyətini sakitləşdirməlidir".


Azmarka.az

Digər xəbərlər

  • 7.04.2021
  • 6.04.2021
  • 6.04.2021
  • 5.04.2021
  • 5.04.2021
  • 3.04.2021
  • 1.04.2021
  • 11.03.2021
  • 1.03.2021
  • 25.02.2021
  • 20.02.2021
  • 11.01.2021
  • 21.11.2020
  • 4.11.2020
  • 28.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930