Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Yeni cəza: İcbari tibbi sığorta haqlarını ödəməyənlər cərimələnəcək – Azərbaycanda

İnzibati Xətalar Məcəlləsinə (IXM) dəyişiklik təklif edilməsi təklif olunur.

Məcəllənin 460-cı maddəsinə (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) dəyişiklik edilir (report.az).

Belə ki, Məcəlləyə təklif edilən dəyişikliklə icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, Məcəllənin adına da dəyişiklik edilir. 460-cı maddənin adı dəyişdirlərək “Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” olacaq.

Qanunun hazırkı varinatı isə belədir: “Az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə - inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.

Məcəllənin qeyd hissəsində bildirilir ki, bu maddədə “az miqdar” dedikdə, əlli min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur".


Azmarka.az

Digər xəbərlər

  • 21.12.2020
  • 16.12.2020
  • 30.10.2020
  • 27.10.2020
  • 22.10.2020
  • 12.10.2020
  • 6.10.2020
  • 3.10.2020
  • 2.10.2020
  • 26.09.2020
  • 21.09.2020
  • 21.09.2020
  • 18.09.2020
  • 11.09.2020
  • 8.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031