Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı

Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azmarka.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, aprelin 26-da hüquq-mühafizə orqanları tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin, o cümlədən A.Məmmədovun saxlanıldığı bildirilir.

A.Məmmədov 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəllər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, dünən yerli KİV Bu dəfə Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi barədə məlumat yayıb. Rəsmən təsdiqlənməyən həmin məlumata görə, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanıblar.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin artıq vəzifəsindən uzaqlaşdırılan başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilib. Qeyd olunub ki, o, hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilib.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031