Gündəm / Qarabağ / Foto
27.10.2020
420
Bərdəyə raket atılması nəticəsində 4 nəfər ölüb, yaralıların sayı 13-ə çatıb - Prezidentin köməkçisindən reaksiya! - FOTOLAR - YENİLƏNİR
Azmarka.az erməni terrorçularının bu gün Bərdədə mülki8 əhalini atəşə tutması ilə bağlı fotoları təqdim edir.








***
Saat 20.00
“Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, 4 nəfər həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb: “Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralananlar sırasında 9-15 yaşlarında 4 uşaq var”.
***
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb. Bu barədə Azmarka.az xəbər verir.
Raket atəşi nəticəsində ölənlərin sayı isə 4 nəfərdir.
17:53
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bu barədə Azmarka.az xəbər verir.
Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.
17:33
Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb. Bu barədə Azmarka.az xəbər verir.
Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.
17:06
Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılıb. Bu barədə Azmarka.az xəbər verir.
Raketin Qarayüsifli kəndi ərazisinə düşməsi nəticəsində 2 mülki şəxs həlak olub, yaralılar var.
Azmarka.az