Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Tehranda türk dil haqları fəalı Əkbər Azad həbs edildi

Güney Azərbaycandan olan fəal Əkbər Azad avqustun 9-da məhkəməyə müraciət etdiyi zaman həbs edilərək naməlum yerə aparılıb.

Azmarka.az-ın məlumatına görə, insan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu haqda məlumat yayaraq, Azadın paytaxt Tehranın Baharistan İnqilab Məhkəməsinə buraxdığı mülki vəsiqəni dəyişdirmək üçün getdiyi zaman həbs edildiyini bildirib. Məlumata görə, milli fəal məhkəmənin İcra bölməsinə müraciəti müstəntiq tərəfindən rədd edildikdən sonra həbs edilib.

Milli fəalın saxlandığı yer və durumu haqda hələ ki, heç bir məlumat yoxdur. Lakin bölgədə fəaliyyət göstərən insan haqları fəalları Əkbər Azadın 2 il həbs və 2 il sürgün cəzasının tətbiqi üzrə saxlanıldığını ehtimal edirlər.

Əkbər Azad digər türk dil haqları fəalları, o cümlədən Əlirza Fərşi, Behnam Şeyxi və Həmin Mənafi Nadarlı ilə birgə 2014-cü il Beynəlxalq Ana Dili günü münasibətilə təşkil olunan bir mərasimdə iştirak etdiyi zaman həbs edilərək "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamından ilkin məhkəmədə 10 il həbs və 2 il İlam vilayətinin Dərrəşəhr şəhərində sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi hökmü 2 il həbs və 2 il sürgün cəzasına endirmişdi.

Əkbər Azad Ana Dili günü münasibətilə təşkil olunan mərasimdə həbs edildikən sonra təxminən 2 ay müddətində Evin Həbsxanasının təcridxanasında sorğu-suala çəkilib, 150 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Güneyli fəal Həsən Raşidi bu barədə öz İnstagram səhifəsində yazıb ki, "65 yaşlı milli fəal Əkbər Azad ağır şəkər xəstəliyindən əziyyət çəkir və həbs edilərkən dərmanlarını özü ilə aparmamışdı." O, həmçinin cənab Əkbər Azadın hökmündə sürgün edildiyi yerin İlam vilayətində bir şəhər olduğunu qeyd edib.

İranlı ərəb fəal Yusif Əzizi Bənitorof isə Azadın saxlanılması ilə əlaqədar öz şəxsi İnstagram səhifəsində onun bir övladının ağır xəstə olduğunu və əlil arabası ilə hərəkət etdiyini, atasının qayğısına və köməyinə ehtiyacı olduğunu qeyd edib.

İlahə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930